Həbsdəki MTN generalları İlham Əliyevə yalvarır

Hazırda həbsdə olan ləğv olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Prezident İlham Əliyevə müraciət edib. Bu barədə “Gununsesi.info”ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Məlumatda bildirilir ki, həbsdə olan generallar və onların ailə üzvləri ölkə başçısına yalvarış dolu müraciət ünvanlayıb. Onların bəziləri isə hətta yaşlı valideynlərini də belə məktublar yazmağa məcbur edib. Həmin müraciətlərdə onlara təyin olunan cəzaların azaldılması üçün Prezidentdən kömək istəyirlər.