Dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov və Nicat Əliyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
"Qafqazinfo" xəbər verir ki, ittihama görə, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaş Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd verərək ondan 89 min 800 manat alaraq qaytarmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.
Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovadan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qaytarmayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Güləli 8 il, N.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən C.İbayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı həbs edilmədiyi üçün məhkəmə zalında qandallanıb. Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib, onlar istintaq zamanı həbs edilmədiyi üçün sərbəst qalıb.
Təqsirləndirilənlərdən A.İsmayılov istisna olmaqla digərləri apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Eyni zamanda, zərərçəkmiş Səriyyə Tahirova və dövlət ittihamçısı protest verərək şərti cəza verilən şəxslərin cəzasının ağırlaşdırılmasını istəyib. İlkin baxış iclası mayın 24-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçiriləcək.
V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi olub, sonra isə nazirlikdə İran xətti üzrə şöbənin rəisi işləyib.
MTN polkovniki bəraət istəyir

Oxşar xəbərlər