Hacc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
O bildirib ki, bu il kvota, keçən ilki ilə müqayisədə, daha az nəzərdə tutulub: “Ramazan ayının sonuna kimi bütün Hacc vizaları alınmalıdır. Çünki Səudiyyə Ərəbistanı Krallığının Hacc və Ümrə Nazirliyi həcc ziyarətinə qeydiyyatı keçən ildən də erkən bitirəcək, yerlər məhduddur”.
Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Qeyd edək ki, bu il Hacc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb.
QMİ: Hacc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub