Husilər Ər-Riyad hava limanına yenə zərbə endirdi

Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və ölkənin neft infrastrukturuna yeni raket zərbələri endirdiklərini bəyan ediblər.

Bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

Husilərin sözçüsü Yəhya Sari zərbələrin Ər-Riyad Beynəlxalq Hava Limanını və Şərq-Qərb neft kəmərinin nasos stansiyasını hədəf aldığını bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.