Bakıda Zirə “Əli Qədəmgah”ında Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət mərasimi təşkil olunub.
Mərasimdə ilahiyyatçı Hacı Cavid Pənahlı Həzrət Zəhranın (s.ə) məqamı və şəhadətilə bağlı çıxış edib, Əhlibeyt tərəfdarları üçün bu günün əhəmiyyətini vurğulayıb.
Daha sonra nohələr və mərsiyələr oxunub.
Qeyd edək ki, Zirə İmam Əli qədəmgahı – Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən, yerli əhali tərəfindən müqəddəs ocaq və ziyarətgah kimi qəbul edilən dini məkanlardan biridir. Abşeron yarımadasındakı digər qədəmgahlar (məsələn, Buzovnadakı məşhur “Əli ayağı” ziyarətgahı kimi) rəvayətlərə əsaslanır. Xalq arasında olan inanca görə, bu cür yerlər birinci İmam Həzrəti Əlinin adının və ya izlərinin rəmzi olaraq qaldığı, yaxud onun bu ərazilərdən keçdiyi güman edilən müqəddəs məkanlar kimi yadda qalmışdır.
Bakıda “Əli Qədəmgah”ında “Əyyami Fatimə” keçirildi

Oxşar xəbərlər