Noyabrın 3-də hicablı şagirdlərin valideynləri Bakıda yerləşən özəl məktəblərə dəvət olunublar. Valideynlərə məktəbə gətirilən şagirdlərin hicablarını açmaları üçün 20 gün möhlət verildiyi deyilib.
Bununla yanaşı, dövlət ümumtəhsil məktəblərindən uzaqlaşdırılan hicablı şagirdlərin özəl məktəblərə qəbulu da noyabrın 2-dən dayandırılıb. Bu məlumatları Qəzetçi özəl və dövlət ümumtəhsil məktəblərində oxuyan şagirdlərin valideynlərindən əldə edib.
“Qızımı Yasamalda yerləşən “Simurq” liseyinə qoymaq istəyirdim, ancaq yerlərin dolduğu deyildi. Orda da öyrəndim ki, lisey özəl də olsa noyabrın 4-ə qədər Təhsil Nazirliyindən əmr gözləyəcəklər, yəni hicab orda da qadağan oluna bilər”, – valideynlərdən biri deyib.
“Simurq” liseyi Azərbaycanda fəaliyyət göstərən Landau Beynəlxalq Məktəbin nəzdində olan ümumtəhsil müəssisələrindən biridir. Həm “Simurq”un, həm də “Landau”nun rəsmi internet səhifələrində qəbul qaydalarında məktəblərə qəbul ediləcək şagirdlərin geyim formaları ilə bağlı məlumata rast gəlinmir.
“Simurq”da birinci növbədə ibtidai təhsil üçün illik təhsilhaqqı 3900, ikinci növbə üçün isə 2800 manat təşkil edir. Orta təhsil 5-9-cu siniflər üçün 1-ci növbə 4200 manat, 2-ci növbə isə 3350 manatdır.
“Landau” məktəbdə isə bu məbləğlər bağça, məktəbəqədər, 9-11-ci siniflərin hazırlığı və orta məktəblər də daxil olmaqla 7000 manatla 14 000 manat arasında dəyişir.
Artıq üç həftəyə yaxındır övladının məktəbdən uzaqlaşdırıldığını bildirən Gülmirə Aslanova da sosial media hesabında müraciət etdiyi liseylərin qızını qəbuldan imtina etdiyini yazıb. Ona yerlərin dolduğu deyilib.
Qəzetçi ilə əlaqə saxlayan digər bir valideyn isə övladının “Hədəf”, “Atatürk” və “Dəyanət” liseylərinə qəbul edilmədiyini bildirib.
“Götürmürlər. Deyirlər ki, yerlər dolub. Dəyanət liseyi hicablı qızların oxumasına problem yaratmır, ancaq yeni şagird də qəbul etmirlər. Digər liseylər isə bildirib ki, baxmayaraq özəldirlər yeni qərarla qızların ancaq hicablarını açıb təhsil ala biləcəklərini deyirlər”, – Mehriban Qasımzadə (ad şərtidir) deyir.
“Hədəf” liseyinin özünü təqdim etməyən əməkdaşı isə Qəzetçi-yə bildirib ki, siyasətə və dinə qarışmasalar da, dövlətin qaydalarına riayət etməyə məcburdurlar.
“Biz də bu dövlətin vətəndaşıyıq. Qaydalara uyğun olaraq işləmək məcburiyyətindəyik. İnsani olaraq başa düşürük ki, şagirdirlər, uşaqdırlar, ancaq hansı formada qərar versələr o formada da davam edəcəyik. Özəl məktəb olmasının da məsələyə aidiyyatı yoxdur, biz də tədrislə məşğuluq”, – liseyin əməkdaşı deyib.
Yaranan vəziyyətdən çıxış yolları axtaran valideynlərinin bəziləri isə övladlarının xarici ölkədə qeydiyyatdan keçməklə distant təhsil ala biləcəyini və bu cür sinifdən-sinifə keçə biləcəyini deyir.
Bu haqda sosial media hesabında paylaşım edən Ruhulla Novruzzadə yazır ki, valideynlərdən biri Elm və Təhsil Nazirliyinə zəng edərək 8-ci sinifdə oxuyan övladını məktəbdən çıxarıb “Flexi Academy” platformasında online şəkildə təhsil almasının qanuni olub-olmamasını soruşub. Nazirliyin nümayəndəsinin “olar” deyib.
Gülmirə Aslanova da Qəzetçi-yə distant təhsillə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini deyib.
“Noyabrın 3-də nazirliyin qaynar xəttinə zəng vurdum. Bildirdim ki, qızımı məktəbə buraxılmadığına görə distant təhsillə bağlı mərkəzi Kanadada yerləşən “Flex Academy”də qeydiyyatdan keçirmişəm. Bilmək istəyirdim ki, Təhsil Nazirliyi bu təhsili qəbul edəcəkmi? Onlar məni 10 dəqiqə gözlədib sualımla bağlı “yuxarıya” müraciət etdiklərini dedilər və sorğuya noyabrın 4-də cavab verəcəklərini bildirdilər”, – Gülmirə Aslanova deyib.
Noyabrın 4-də Gülmirə Aslanovaya Elm və Təhsil Nazirliyindən bildirilib ki, 9 illik təhsil icbaridir və Azərbaycanda distant təhsil qəbul olunmur.
“Nazirlik deyir ki, şagirdlər 9-cu sinifə qədər əyani təhsil almalıdırlar. Xarici ölkədə distant təhsil qəbul olunmur. Ancaq 10-11-ci siniflərdən uşaqları çıxara bilərik və harada istəsələr təhsil ala bilərlər”, – deyə valideyn bildirib.
Gülmirə Aslanovanın sözlərinə görə, 9-cu sinif şagirdləri hicabsız məktəbə gedib, əyani dərslərə qatılıb şəhədətnamə ala bilərlər, ancaq 10-11-ci siniflər distant təhsil də alsalar onlara attestat verilməyəcək.
Noyabrın 3-də 11 valideyn Ombudsman Səbinə Əliyevaya müraciət ünvanlayaraq diskriminasiyaya məruz qaldıqlarını bildiriblər.
Valideynlər çıxış yolu olaraq Türkiyə və Kanada kimi ölkələrin onlayn təhsil sistemlərinə üz tutduqlarını, ən azından övladlarının evdə distant təhsil alması üçün şərait yaradılmasına çağırış edirlər.
”Bunun əvəzində isə biz valideynlərə qarşı təzyiqlər artmaqdadır. Övladlarımızı guya bizim təhsildən yayındırdığımız iddia olunur, lakin hər kəs şahiddir ki, biz övladlarımızın təhsildən yayındırılmasını deyil, tam əksinə, oxumasını istəyirik”, – deyə bəyanatda bildirilir.
Gülmirə Aslanova isə deyir ki, hazırda hicablı şagirdlərin təhsillərini davam etdirməsi üçün hər hansı alternativ təklif olunmur, imtahanlarına 4 ay qalan 11-ci sinif şagirdlərinə belə güzəşt edilmir.
Təhsil nazirinin müavini Firudin Qurbanov noyabrın 2-də hökumətyönlü APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət məktəblərini əhatə edir.
Nazir müavini bununla belə demişdi ki, özəl ümumi təhsil müəssisələri də öz nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər.
Nazirlər Kabinetinin sentyabrın 21-də yaydığı ümumi təhsil mətəblərində vahid məktəbli geyimi ilə bağlı yeni qaydalardan sonra ölkə boyu hicablı şagirdlər təhsil aldıqları məktəblərə buraxılmırlar. Hökumət bu qərarı geyim qaydalarının ”dünyəvilik prinsipinə” uyğunlaşdırılması ilə əsaslandırıb.
Özəl məktəblər şagirdlərin hicablarını açmaları üçün onlara 20 gün möhlət verib

Oxşar xəbərlər