Hicab qadağasına etiraz olaraq aclıq aksiyasına başlayan inanclı, ikinci siyasi məhbusluğunu yaşayan Yavər İsmayılzadə intihar etdiyi deyilir. Bu barədə MBH Avropa Nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, o, saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində 14 oktyabrdan aclıq aksiyasına başlayıb və Yavər İsmayılzadə aclığın ilk günündən "karsa" salınıb.
Ona aclığı dayandırmaq üçün dəfələrlə təzyiq göstərilsə də siyasi məhbus bu təzyiqlərə dözüb. Lakin 30 oktyabr tarixində Yavər İsmayılzadəyə aclığını dayandırmaq əmrini yerinə yetirmədiyinə görə işgəncə verilib. Məhbus bu işgəncələrə etiraz olaraq özünə ağır xəsarət yetirib. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə Yavərin vəziyyəti ağırdır.
Lakin ailəsinə bu barədə məlumat verilmir.
Qeyd edək ki, Şəmkir sakini Yavər Azər oğlu İsmayılzadə 30 mart 2023-cü il tarixində narkotik ittihamı ilə şərlənərək həbs edilib.
21 noyabr 2023 -cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yavər İsmayılzadə 2018-ci ilin 3 iyul tarixində Yunis Səfərovun Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsindən sonra həbs edilən yüzə yaxın vətəndaşdan biridir. O, ilk həbsində 9 il müddətinə azadlıqdan məhrum edilsə də, apellyasiya məhkəməsində cəza müddəti 5 ilə endirilmişdi.
2022-ci il mayın 27-də İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzaladı. Yavər İsmayılzadə ilə yanaşı 19 Gəncə məhbusu bu sərəncamla azadlığa çıxmışdı.
İşgəncə verilən siyasi məhbusun intihar etdiyi deyilir

Oxşar xəbərlər