Masallının Bambaşı kənd məktəbində hicabla bağlı məsələ həll olunub

Masallı rayonu Bambaşı kəndində yerləşən Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbində hicabla bağlı məhdudiyyət aradan qaldırılıb.

Məsələ ilə bağlı aparılan son dəqiqləşdirmələrə əsasən, məktəbdə hicabla bağlı yaranmış problem artıq həll olunub. Hazırda təhsil müəssisəsində şagirdlərin hicabla məktəbə daxil olmasına dair hər hansı qadağanın olmadığı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə adı keçən kənd tam orta məktəbin direktoru Azadəli Vəliyevin məktəbə hicabla daxil olmağı qadağan etdiyi bildirilmişdi. Məlumata görə, direktor bu qadağanı məktəbdə hər kəsin qarşısında elan etmişdi.