MBH üzvü Ələkbər Sadıqov azadlığa buraxılıb

Bu səhər Müsəlman Birliyi Hərəkatının üzvlərindən biri – Ələkbər Sadıqov azadlığa çıxıb. 17 saylı cəzaçəkmə müəssisəsindən buraxılan Sadıqov Ələkbər İsrafil oğlu həbs müddətini başa vuraraq azadlığa qovuşub.

Sadıqov Ələkbər İsrafil oğlu 2023-cü il aprelin 1-də saxlanılmışdı. İnanclıların kütləvi həbslərinin həyata keçirildiyi bir vaxtda Ə. Sadıqov da narkotiklərlə bağlı ittiham edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü il fevralın 1-də onu bu ittiham üzrə təqsirli bilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Daha sonra Ali Məhkəmə Ə. Sadıqovun cəzasını müəyyən müddət azaldaraq 3 il 6 aya endirmişdi.

İnanclı Ələkbər Sadıqov bu səhər həbs müddətini başa vuraraq azadlığa çıxıb.