İsrail ordusu işğal altındakı Fələstin torpaqlarında – İordan çayının qərb sahilində əraziyə genişmiqyaslı basqınlar, həbslər və qeyri-qanuni yəhudi miqrantların hücumları davam edir.
İsrail əsgərləri Əl-Xəlilin cənubundakı Əl-Karmel qəsəbəsində içərisində qadınların olduğu avtomobilə atəş açıblar. Nəticədə 1-i 14 yaşlı qız olmaqla, üç fələstinli qadın yaralanıb.
Yaralananlar arasında 58 və 30 yaşlı iki qadın, həmçinin 14 yaşlı qız olub. Bildirilir ki, İsrail işğal qüvvələri qəsəbəyə daxil olaraq yollar boyunca mövqe tutub və bir neçə fələstinlinin evinə basqın edib. Evlərdən bəziləri hərbi mövqelərə çevrilib.
Basqın zamanı qüvvələr bir neçə qadını daşıyan avtomobilə həqiqi döyüş sursatı ilə atəş açıb və nəticədə üç fələstinli qadın üz və baş nahiyələrindən yaralanıb.
58 yaşlı Səna Əbu Aram və 14 yaşlı Lana Əl-Harouş üz nahiyəsindən partlayıcı güllələrlə, “dum-dum” sursatı kimi təsvir edilən güllələrlə yaralanıb və onların vəziyyəti ağırdır. Dua Əl-Harouş isə üz nahiyəsindən qəlpə yarası alıb.
İsrail əsgərləri 14 yaşlı qızın üzünə atəş açdı