Rəsmi Doha İranın üç Su-24 pilotunun Qətər tərəfindən əsir götürülərək saxlanılması barədə məlumatı təkzib edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari “X” hesabında paylaşım edib.
O bildirib ki, Qətər İran pilotlarının saxlanılması ilə bağlı yayılan məlumatları qəti şəkildə rədd edir və bu açıqlamaların regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxtda yayılmasından təəccüblənir.
Əl-Ənsarinin sözlərinə görə, mart ayında Qətərin hava məkanını pozan İran təyyarələri ilə əlaqə yaratmaq cəhdləri nəticə verməyib. Daha sonra Qətərin axtarış-xilasetmə qrupları pilotlardan birinin meyitini aşkar edib. Doha həmin şəxsin qalıqlarının İrana təhvil verilməsi üçün Tehranla əlaqə saxlasa da, qarşı tərəfdən cavab almayıb.
Qeyd edək ki, İran avqustun 15-də üç Su-24 pilotunun mart ayında təyyarələrin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən sağ ələ keçirildiyini və təxminən altı aydır əsir saxlanıldığını iddia etmişdi.
Qətər İranın üç pilotunu əsir saxlaması barədə məlumatı təkzib edib