İraq qonşu ölkələr üçün raket atış bazası olmayacaq

İraqın Baş naziri Əli Zeydi vurğulayıb ki, İraq ərazisi və hava məkanı heç vaxt qonşu ölkələrə qarşı heç bir hücum üçün başlanğıc nöqtəsi olmağa icazə verilməyəcək.

İraqın Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli Zeydi hava hücumundan müdafiə komandanlıq mərkəzini ziyarət edib.

Zeydi orada verdiyi açıqlamada hava hücumundan müdafiə sistemini "İraq səmasının qalxanı və suverenliyin ilk müdafiə xətti" adlandırıb.

Zeydi sözünə davam edib: "İraq öz ərazisinin və ya hava məkanının qonşularından heç birinə qarşı hücumlar üçün raket atış nöqtəsi kimi istifadəsinə icazə verməyəcək. Silahlı qüvvələrimiz ölkəmizin, suverenliyimizin və milli qərarlarımızın qalasıdır."

Baş nazir Zeydi bildirib ki, "İraqın rolu regional təhlükəsizliyi və sabitliyi gücləndirməkdir."