Nəcəfdə Hz.Peyğəmbərin (s) əza məclisinə 5 milyon zəvvar gəldi

Nəcəfdə İslam Peyğəmbəri həzrəti Muhəmməd peyğəmbərin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin ildönümü ilə bağlı keçirilən anım mərasimlərinə 5 milyon ziyarətçinin qatıldığını açıqlayıb.

Bu barədə İmam Əli (ə) Ziyarətgahının rəsmisi Heydər Rəhim məlumat yayıb.

Rəhim bildirib ki, 300 əza moukəbi 500 xidmət moukəbi ilə birlikdə fəaliyyət göstərib, 2 500 könüllü tədbirlərdə iştirak edib.

O əlavə edib ki, ziyarətçilərin geri qayıtması üçün nəqliyyat vasitələri ayrılıb və beş tibbi briqada da ziyarətə cəlb olunub.

Nəcəf valisi də ziyarətçilərə xidmət göstərilməsində əməyi olan hər kəsə təşəkkür edib.