Pakistanın müdafiə naziri İslam dünyasına çağlrış etdi: "İsrail təhdidinə qarşı birləşməliyik"

Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif İsraili müsəlman ölkələri üçün “ortaq təhdid” adlandırıb.

Xacə Məhəmməd Asif Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkədə imzalanmış birgə müdafiə sazişinin İslam dünyasının birliyinin möhkəmləndirilməsi üçün mühüm imkan yaratdığını bildirib.

Asif Pakistanın yerli televiziya kanalına müsahibəsində deyib ki, saziş digər ölkələrin iştirakı üçün də açıqdır və gələcəkdə ümumi təhdidlərə qarşı əməkdaşlıq və həmrəyliyin əsas platformasına çevrilə bilər.

O sonra işğalçı İsrail rejimini İslam dünyası üçün “ortaq təhdid” kimi təqdim edib. Qeyd edib ki, bu rejimin Fələstin ərazilərini işğalda saxlaması və bölgədəki siyasəti müsəlman ölkələri üçün ümumi təhlükə yaradıbdır.

Pakistanlı nazir həmçinin bildirib ki, İsrail İslam ölkələri arasındakı fikir ayrılıqlarından faydalanır. Onun fikrincə, buna görə də müsəlman ölkələri Məkkə müdafiə sazişindən birlik və həmrəyliyin gücləndirilməsi üçün istifadə etməlidir.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan cümə günü Məkkədə birgə müdafiə sazişi imzalayıblar.

Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum və ya təcavüz digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndiriləcək.