Hüseyni mərasimlər üçün hökumətin icazəsinə ehtiyac yoxdur

Bəhreyndə hakimiyyətin Məhərrəm məclisləri üçün tələb etdikləri icazə ilə bağlı ölkənin İslam alimləri mövqey bildiriblər. Bəyanat şəklində yayılan fikirlərdə hakimiyyətin dini məclislərə icazəsinin dini dəyərlərə həqarət olaraq göstərilib.

Bəhreyn alimləri bildiriblər ki, Hüseyni ayinlərin keçirilməsi üçün hökumətdən icazə almaq məcburiyyətini, əslində İmam Hüseynin (ə) amallarına qarşı çıxmaq hesab olunur.

«Biz dini məsələlərdə, Allahın və din övliyalarının əmrləri ilə ziddiyyət təşkil edən göstərişlərə tabe ola bilmərik».

Onlar vurğulayıblar ki, dini təlimlərə əsasən, dini işlərin idarə edilməsi ədalətli və etibarlı fəqihlərin öhdəsinə düşür; yəni Həzrəti Vəliyi-Əsrin (ə.f.) zühuru vaxtına qədər İslam dünyasının tanınmış təqlid müctəhidləri bu məsələlər üçün onlara yetərlidir.