And içmə mərasimində Qurani Kərimə əl basıb and içən Prezidentin idarə etdiyi ölkədə hicablı uşaqların təhsili məhv edilir!

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi son günlər Azərbaycanda ciddi qadağalara məruz qalan hicablı qız uşaqlarının təhsildən zorla uzaqlaşdırılma cəhdlərinə öz etirazını bildirib. Nümayəndəliyin yaydığı bəyanatda hakimiyyətdən süni qadağanın aradan qaldırılması tələb olunub. Bəyanatda deyilir:
“Heç bir kəs dini və ya irqi, mədəni fərqi səbəbinə görə təhsildən məhrum edilə bilməz. Təhsil hər bir şagirdin özəl haqqıdır və bu qanunla qorunan bu hüquq hakimiyyətin prioritet mövzularından biri olmalıdır.
İnanca bağlı baş örtüyü hər bir şəxsin mənəvi vəzifələrindən nəşət tapır və onun təhsillə heç bir ziddiyyət təşkil etməməsi illərdir baş örtüyü ilə təhsil alan qız uşaqlarının uğurları ilə təsbit olunub. Bu gün sin qadağa yaradılaraq hicablı şagirdlərin təhsildən uzaqlaşdırılması təhsil almaq hüququnun pozulması ilə yanaşı dini baxışlara görə ayrı seçkiliyə məruz qalma cəhdidir.
Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi olaraq Azərbaycan iqtidarından qətiyyətlə tələb edirik:
1. Hicablı uşaqların məktəbə buraxılmaması problemi aradan qaldırılsın və onların təhsil hüququ bərpa edilsin.
2. Uşaqlara qarşı hər cür ayrı-seçkilik dərhal dayandırılsın.
3. Təhsil müəssisələrində bütün uşaqların dini və mədəni fərqlərinə hörmət göstərilsin.
4. Qeyri rəsmi qadağalara son qoyulmalı və hicabın məktəbli geyiminə uyğunlaşdırılması təmin edilsin.
5. Süni yaradılan qadağa, cəmiyyətdə böhrana səbəb olan problemlərə yol açmadan əlaqədar təşkilatlar bu addımları önləyərək qadağaya son versin.
 
 
Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi