Bu gün Beynəlxalq Hicab Günüdür

Bu gün dünyada Beynəlxalq Hicab Günü kimi qeyd olunur.

Hicab günü 2013-cü ildə ilk dəfə ABŞ vətəndaşı Nazma Xan tərəfindən keçirilməsi təklif olunub.

Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.

Hicab Gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb.