Siyasi məhbus Mayıl Kərimov yanvarın 16-dan telefon danışıqlarından imtina edərək aclıq aksiyasına başlayıb. Məlumata görə buna səbəb 6 saylı cəzaçəkmə müəssisəsində telefon danışıqlarına yaradılan süni maneələr olub.
Mayıl Kərimovun bundan öncə də telefon zənglərinin məhdudlaşdırılması ilə bağlı problemi olub. Bu dəfə məsələ təkcə M. Kərimova deyil, həftədə 2 dəfə 15 dəqiqə zəng vurmaq üçün növbəyə düzülən bütün məhbuslarla yaşanıb.
“Saatlarla növbə gözləyən məhkumlar planlı məhrumiyyətlərə məruz qalırlar. Həqiqətdə boş kabinələrdə neçə neçə telefon istifadəsiz qalıb. Onlar bilərəkdən məhbusları saatlarla sırada saxlayırlar. Sıra çoxluğu və uzanan vaxt səbəbindən bəzən zəng vurmaq cəhənnəmə çevrilir deyə bəzi məhbuslar zənglərdən imtina edirlər. Boş telefonlar olduğu halda niyə belə çətinliyin olmasına etiraz edəndə isə sərt davranışla üzləşirsən.”
Ötən həftənin cümə günü bu hərəkətlərə etiraz edən Mayıl Kərimov telefon danışıqlarından imtina edərək məlum olaya etiraz olaraq aclıq aksiyasına başlayıb.
6 saylı müəssisə M. Kərimovun bu addımını “cavabsız” buraxmayıb. Həyat yoldaşının Mayıl üçün həbsxanada zəruri şeylərin alınması üçün gətirdiyi 100 manat pulu müəssisə işçiləri Mayıla verməkdən imtina ediblər və həyat yoldaşından istəyiblər ki, gəlib pulu geri alsın.
Müəssisədə yaşanan çoxsaylı qanunsuzluqlar cəzasızlıq mühitində cavabsız qaldığı üçün o, məmura istədiyini etmək kimi səlahiyyətlər verir ki, yaşananlar bunun əyani nümunəsidir.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Kərimov Mail Kamil oğlu 2023-cü ilin 2 fevralında saxlanılıb. 7 mart 2024-cü il tarixində saxta narkotik ittihamı ilə məhkəmə önünə çıxarılan inanclı 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən gün inanclının doğum günü idi. O, 1983-cü il yanvarın 19-da Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb.
Həbsxanadakı özbaşınalıqlara etiraz edən məhbus 4 gündür aclıq edir