İraq Kürdüstanının sabiq rəhbəri Məsud Bərzani Ərbildən Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayəti istiqamətinə müxtəlif silah və hərbi texnika ilə təchiz olunmuş üç peşmərgə birləşməsinin göndərilməsi barədə göstəriş verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, qərar “təhlükəsizliyin, sabitliyin təmin edilməsi və mülki əhalinin qorunmasına dəstək çərçivəsində çağırışlar” fonunda qəbul edilib.
Bundan əvvəl Suriya KİV-lərinin xəbərinə görə, Suriyada keçid dövrünün prezidenti Əhməd əş-Şaraa əsasını kürd silahlı birləşmələrinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) ilə atəşkəs və qruplaşmanın dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan saziş imzalayıb.
Razılaşmaya əsasən, tərəflər bütün cəbhə və təmas xətlərində atəşi dayandırır; təşkilatın bütün üzvləri Fərat çayının şərqinə çəkilir; Deyr əz-Zor və Rəqqa vilayətlərində inzibati və hərbi nəzarət dərhal Suriya hökumətinə ötürülür; SDF-in nəzarətində olan Həsəkə vilayətindəki bütün mülki qurumlar Suriya dövlət strukturlarına və inzibati idarəetməyə inteqrasiya olunur.
SDF-in rəhbəri Mazlum Abdi inteqrasiya ilə bağlı sazişi şərh edərkən bildirib ki, “Suriya Demokratik Qüvvələri” Dəməşqlə razılaşmanı “qan tökülməsini dayandırmaq və bölgələrimizi qorumaq” məqsədilə qəbul edib. Onun sözlərinə görə, sazişin detalları üzərində işi yekunlaşdırmaq üçün bazar ertəsi Dəməşqə səfər etməyi planlaşdırır.
Bərzani Peşmərgəni Suriyaya göndərir