Ayətullah Xameneiyə qarşı hücum İran millətinə ümumi müharibə deməkdir

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının Ali Lideri Ayətullah Xameneiyə mümkün hücumun İran xalqına qarşı ümumi müharibə demək olacağını bildirib.

ABŞ Prezidenti Donald Trampın İslam İnqilabının Ali Lideri Ayətullah Xameneiyə qarşı yönəlmiş açıqlamalarından sonra İran Prezidenti Məsud Pezeşkian sosial media hesabında cavab verib.

Pezeşkian deyib: "Əziz İran xalqının həyatında hər hansı bir çətinlik və ya məşəqqət varsa, bunun əsas səbəblərindən biri ABŞ administrasiyasının və müttəfiqlərinin uzun müddətdir davam edən düşmənçiliyi və qeyri-insani sanksiyalarıdır. Ölkəmizin ali rəhbərliyinə hücum İran millətinə qarşı ümumi müharibə demək olardı."