İsrail Müdafiə Ordusu (IDF) antiterror bəhanəsi ilə Hebron şəhərində Cəbəl əl-Cövhər rayonunda genişmiqyaslı əməliyyata başladığını elan edib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bir neçə gün davam edəcək əməliyyatda hərbçilərlə yanaşı ŞABAK (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) və polis qüvvələri də iştirak edir.
Bildirilib ki, əməliyyatın əsas məqsədləri güya terrorçu infrastrukturunun fəaliyyətinin qarşısının alınması, qanunsuz saxlanılan silahların müsadirə edilməsi və ərazidə təhlükəsizliyin gücləndirilməsidir.
Xatırladaq ki, İsrail bu bəhanə ilə son iki ildə Fələstində 70 mindən artıq insan qətlə yetirib. Hansı ki, onların böyük əksəriyyəti azyaşlı uşaqlar və qadınlardır.
İsrail antiterror bəhanəsi ilə Hebronda genişmiqyaslı əməliyyata başlayıb