“Mançester Siti” və “Liverpul”un futbolçuları Misirə qələbə qazandırdı

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha bir oyun keçirilib.

A qrupunun matçında Misir millisi Zimbabve yığması ilə qarşılaşıb. Görüş misirlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu Zimbabve seçməsi vurub. Prins Dube 20-ci dəqiqədə hesabı açıb. Misir millisi ikinci hissədə geridönüş edərək əzmkar qələbə qazanıb. Əvvəlcə “Mançester Siti”nin yarımmüdafiəçisi Omar Marmuş tarazlığı bərpa edib. Qalibiyyət qolunun müəllifi isə “Liverpul”da çıxış edən Məhəmməd Salah olub. Ulduz futbolçu 90+1-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun ilk oyununda Mərakeş millisi Komor adaları yığmasını 2 cavabsız qolla məğlub edib.