BCM Netanyahu və sabiq müdafiə naziri barədə həbs qərarını qüvvədə saxlayıb

Beynəlxalq Cinayət Məhkəməsinin apellyasiya şöbəsi İsrailin Qəzzadakı hərbi əməliyyatlarla bağlı arqumentlərinə qarşı hökm çıxarıb.

“Middle East Eye”nın xəbərinə görə, apellyasiya şöbəsi BCM-in İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barədə həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, İsrail dəfələrlə BCM-nin apellyasiya şöbəsinə müraciət edərək, araşdırmaların nəticələrinin etibarsız olduğunu iddia edib və məhkəmənin Baş prokuroru Kərim Xanı qərəzli olmaqda ittiham edib.