İsrailin Sumud Donanmasına hücumu nəticəsində saxlanılan türklərin sayı 48-ə çatıb (yeniləndi)

İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu zamanı Təl-Əviv hökuməti tərəfindən saxlanılan türk fəalların sayı 48-ə çatıb.

Bu barədə Qlobal Sumud Donanmasının Türkiyə Nümayəndəliyi məlumat yayıb.

Nümayəndəlikdən paylaşılan siyahıda saxlanılan şəxslərin adları, mindikləri gəmi və qayıqların adları da açıqlanıb.

 

++++++++++++++++++++++++++++++++++++++++++++

 

İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib.

20-dən çox İsrail hərbi gəmisi flotiliyanı mühasirəyə alıb, mülki qayıqlara basqın edilib.

Aralarında 25-i Türkiyə vətəndaşı olan fəallar İsrailə aparılır. Ümumillikdə saxlanılanların sayı 201-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Türk mediası İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatmasının qarşısını almaq üçün Sumud Qlobal Donanmasının gəmilərinə qarşı əməliyyata hazırlaşması barədə məlumat dərc etmişdi.