Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi "Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılova qarşı ölüm təhdidlərindən narahatlığını bildirib.
Təşkilatın Avropa və Asiya üzrə şöbəsinin "X" səhifəsində bu barədə açıqlama verilib.
Açıqlamada Azərbaycan hakimiyyətindən F.İsmayılovun təhlükəsizliyini təmin etmək və o da daxil olmaqla "nahaq yerə həbs olunmuş" 25-dən çox jurnalisti azad etmək tələb olunur.
Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə keçirilən prosesdə çıxış edən F.İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini bildirib.
Jurnalistlərin Müdafiə Komitəsi Fərid İsmayılova qarşı ölüm təhdidlərindən narahatdır