2. İkinci mərhələ azadlıq həvəsində rəislərin əli altında təsir rolunu oynayan məhbuslardır. Bu təbəqə mühüm psixoloji testləri özləri belə hiss etmədən alan insanlardır. Belə şəxslər bir neçə göstərici əsasında seçilir. Onlardan biri cəza müddətlərinin bitməsinə az zaman qalması, bəzən olduqca çətin maddi duruma malik, bəzən təbiətlərində həbsxana çətinliklərinə dözümsüzlük kimi müxtəlif səbəblər bu sırada yer almaqdadır.
Rəislərin bu şəxslərə o anlar eşidilməsi kabus olan sirli sözləri söyləməsi növbəti hərəkətə keçmə amili ola bilir. Bu da “məhkəmə məsələsi həll edilirdi, sizin azadlığınız üçün yuxarılarla danışılmışdı. Ancaq bu son olay işə maneə yaradacaq. İnanmıram yaxın zamanda buraxılmanız bundan sonra mümkün olsun” sözləri öz azadlığından başqa heç nəyi göz önünə almayanları ayağa qaldırır.
Bu mərhələ çətin və həlli mürəkkəbdir. Azadlığı üçün çalışanlar daha sərt təpki göstərərək bütün məhbusların haqqı üçün çalışan insana qarşı ciddi bir cəbhə yarada bilər. Şübhəsiz müxtəlif təbəqələrə aid olan, azadlığı üçün hər şeyi etməyə hazır olanlar müqabilində duran digər məhbusun onlara tutarlı cavab verməsi çətindir. Ancaq bəzən bu mümkün olur. Belə olan halda üçüncü mərhələ işə düşür.
3. Bu mərhələ həbsxananın əksər məhbuslarını təşkil edən kütlədir. Onların içində lazım olan iki nəfərə sehirli sözü söyləmək kifayətdir ki, kütlə hərəkətə gəlsin. Bu da zatən çətin olan məhbəs həyatında bu şəxsin tələbi səbəbindən əlavə məhdudiyyətlərin qoyulacağı xəbəridir.
Həbsxanada məhbusların əksər çoxluğu xüsusi məşğuliyyət olmadığı üçün bütün günü müxtəlif mövzuların müzakirəsini aparır. Söz oyununa bənzəyən bu tip vəziyyət ən kiçik görünən kəlməni belə xüsusi mövzuya çevirə bilər ki, bəzən də belə mövzular günlərcə uzana və acı nəticələr verə bilir. Səbəb isə məşğuliyyətsiz cəmin fikrə verdikləri böyük əhəmiyyətdir.
Rəislər tərəfindən incəliklə göndərilən mesaj çox qısa bir zamanda ajartaj yarada bilər. Bu nə aristokrat və nə də azadlıq həsrətli məhbuslarla problemə yanaşım kimi asan məsələ deyil. Əlavə olaraq, həbsxanada hər növ təfəkkür sahibi olan və əksəriyyətinin cinayət törətmiş şəxslər olduğunu nəzərə alsaq, tərəfin təkcə haqlılığı məsələnin isbatı üçün yetərli olmur. Burada ciddi bir mübarizə, dəqiq əsaslandırma və möhkəm iradə məsələnin elə o məhbuslar da daxil hamının hansı xeyirlər əldə edəcəyini göstərmə bacarığı istəyir ki, bu məsələ mürəkkəbdir. Bunu da adlaya bilən haqlı tərəf sonuncu mərhələni göz önünə almalıdır.
4. Rəislər üçün onun qısa müddətlik çətinliklər müqabilində azadlığını təmin edəcəyi məhbuslar sırasında bəzi para ağıllı şəxslər də xüsusi rola malikdir. Onlar qarşı tərəflə savaş aça, ona az ciddi xəsarətlər yetirə, bəzən isə hətta əhəmiyyətli təhlükələrə yol aça biləcək addımlar belə ata bilirlər. Bu məsələdə də rəsmilər məhbusu məhbusla qarşı-qarşıya qoymaqla məsələnin həllini özünəməxsus həll etməyə cəhd göstərir.
4-cü hissənin sonu
Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 4-cü hissə