Ayətullah Sistani İraqda ticarət mərkəzində baş verən yanğınla bağlı başsağlığı verdi

İraqın Nəcəf şəhərində yerləşən böyük mərcə təqlid Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin ofisi (İraqda) Kut şəhərində ticarət mərkəzində baş verən yanğınla bağlı başsağlığı mesajı yayıb.

Məktubda qeyd olunur ki, hadisə nəticəsində onlarla insanın həyatını itirməsi və çox sayda yaralananların olması dərin hüznlə qarşılanıb. Ayətullah Sistani faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Başsağlığı mesajında Allahdan şəhid olmuş insanlara rəhmət, yaxınlarına isə səbir və dözüm arzulanır.