Dubaydan Azərbaycana qaçaqmalçılıq yolu ilə 190 min manat dəyərində qızıl gətirməkdə ittiham olunan gömrükçülərin məhkəmə prosesi başa çatıb.
İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev və Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimova hökm oxunub.
Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 190 min manat dəyərində olan 5 qızıl külçəni qaçaqmalçılıq yolu ilə gömrükdən keçiriblər. Onlar ötən ilin avqustunda həbs olunublar.
Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərə verilmiş ittihamların məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapdığını bildirib, lakin onları yalnız şərti azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycanda 2023-cü ilin noyabrından 20-dən çox jurnalist və vətəndaş cəmiyyəti üzvü qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
ToplumTV
Qaçaqmalçılıqla qızıl gətirən gömrükçülər azadlığa buraxılıb