Ümit Özdağ azadlığa buraxılıb

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ iyunun 17-də  azadlığa buraxılıb.

Məhkəmə “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə mühakimə olunan Özdaqğın ikinci iclasında onun barəsində azadlığa buraxılma qərarı verib.

Məhkəmə, üzərinə atılan ittihamın sübuta yetirildiyini əsas gətirərək Özdağı 2 il 4 ay 3 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Onun 148 gün həbsdə qalması nəzərə alınaraq əlavə məhdudiyyət tətbiq edilmədən azadlığa buraxılması qərara alınıb.

Silivridə keçirilən məhkəmədə ifadə verən Özdağ, sosial media paylaşımlarında zorakılıq çağırışının olmadığını bildirib.

Prokurorluq isə Özdağın 7 il 10 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib və həbsinin davam etməsini istəmişdi.

Ümit Özdağ yanvarın 19-da Antalyadakı partiya toplantısından sonra Ankarada saxlanılıb.

O, həmin toplantıda Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sərt ifadələr işlətmiş və bu çıxışdan sonra İstanbulda həbs olunaraq Silivri Cəzaevinə göndərilmişdi.

Prokurorluq Özdağın 2020-ci ildən bəri sosial mediada etdiyi paylaşımların xalqı sosial və etnik əsasda təhrik etdiyini və iyul 2024-də Kayseridə baş verən kütləvi iğtişaşlara təsir etdiyini iddia edib.