Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Hacc ziyarətinə yola düşəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: "Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq".
Qeyd edək ki, bu il Hacc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.
Üçüncü zəvvar qrupu sabah Hacc ziyarətinə yola düşəcək