İran: Trampdan məktub almamışıq

İranın BMT-dəki missiyası ABŞ prezidenti Trampın İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə göndərdiyini iddia etdiyi üçün hələlik məktub almadığını bildirib.

"Biz hələ belə bir məktub almamışıq", - missiyanın açıqlamasında deyilir.

 

“İranın nüvə proqramı hərbi yolla məhv edilə bilməz”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın hədələrindən və İranla danışıqlara çağırışından sonra ölkəsinin təzyiq altında ABŞ ilə danışıqlara getməyəcəyini bir daha bəyan edib.

ABŞ prezidenti Trampın İranı təhdid etməsi və danışıqlara çağırışı ilə bağlı suala isə Əraqçi, “ABŞ-ın maksimum təzyiq siyasəti və təhdidləri davam etdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcəyik” deyib.

İsrailin İranın nüvə obyektlərinə hücum təhdidləri ilə bağlı Əraqçi, "İranın nüvə proqramı hərbi yolla məhv edilə bilməz. İnanıram ki, İrana hücum olarsa, bu hücum bölgədə böyük yanğına çevrilə bilər".

 

Tramp məktub göndərdiyini bildirib

ABŞ prezidenti Donald Tramp İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə razılıq əldə etmək üçün məktub göndərdiyini bildirib.

Tramp “Fox Business Network”ə müsahibəsində dünən İran lideri Xamneyiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini vurğulayıb.

“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, - Tramp bildirib.

Müqavilə ilə bağlı danışıqlara üstünlük verdiyini deyən Tramp, “Hər kəsin mənimlə razılaşdığına əmin deyiləm, ancaq hərbi yolla qalib gəlsəniz belə, biz də eyni dərəcədə yaxşı olacaq bir müqavilə bağlaya bilərik” deyib.