Qarabağ Qazisi: “Mən də intihar edim?”

II Qarabağ Müharibəsi Qazisi Alik Aslanov yaşadığı acınacaqlı vəziyyətə etiraz etdi. Sosial media üzərindən paylaşım edən veteran ağır maddi durumu, çətin və yaşanılması mümkünsüz olan həyat tərsindən danışdı. Hakimiyyətdən baxımsız vəziyyətdə olan Qazilərin düşdüyü duruma diqqət istədi.

“Uğurunda döyüşdüyüm Vətənimdə aldığım təqaüd aylıq kirayə pulumun 3 də bir hissəsini edir. Təsəvvür edin 80 azn təqaüdün üstünə 160 azn qoymalıyam ki aylıq kirayəni ödəyəm.

Amma gəl ki,məmurlarımız danışanda ağızlarından az qala bal süzülə.

İlk dəfədir belə status yazıram ki vəziyyət çox çətindir, hara baxır bu dövlət orqanları niyə bu Qazilərinə, döyüşçülərinə sahib çıxmır?! Bu Vətənin sərvətinin milyonda 1 faizini heç olmasa bizlərdə verin ki onun uğurunda canımızı qoymuşuq. Mənim şəxsən sağlamlığım tamam gedib, yaddaş problemlərim artıq pik həddədir,nevroloji çox əziyyət çəkirəm, hələ bu bəzi mənurların danışıqların eşidəndə az qala dəli oluram.

Müharibədən sonra adımı özünəməşqulluğa yazdırıb kiçik biznes kimi dönərxana açmaq istədim, onada imtina gəldi. Ancaq harınlamışlarların oğulları taladıqları pullarla milyonluq saat alaraq kef edir, bizə ən cüzi yaşamaq ehtiyacı verilmir. Nə edim, gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına intihar edim?

Yox mən etsəm bir başa bu ölkənin Rəhbərliyinin binası önündə edəcəm! Bəsdirin, ya məruzəni düz edin ki, ay Prezident, biz bu Qaziləri acınnan qırırıq, yadaki özünüz düz əməlli xidmət göstərin. Mən heç bir məmura demərəm ki gətir mənə pul ver, istəmirəm başınıza dəysin, sadəcə mənim haqqımı verin.

Bizləri diqqətdə saxlamaq sizin vəzifə borcunuzdur.

Ən azından dövlət səviyyəsində dəstək ola bilərsiniz.

Bu gün nəyə görə mən döyüşüb sağlamlığımı Vətən üçün verdiyim halda bu Vətənin sərvətindən cəmi 80 manat almalıyam?!

Axı sizlərə verilən tapşırıqlar var ki, ona niyə əməl etmirsiz, niyə bizi aclıqla, səfalət içində batırırsız? Mənim kimi minlərlə Qazi və döyüşçülər eyni acıda doğulur.

Ya siz bir tədbir görün yada ki, mən bəzi işini yerinə yetirə bilməyən məmurlar üçün başqa tədbir görəcəm.”