Atəşkəsdən sonra Qəzzada ölənlərin sayı 113 nəfərə çatıb

Qəzzanın Mülki Müdafiəsinə görə, İsrail-HƏMAS arasında atəşkəs razılaşmasının elanından sonra İsrailin Qəzza zolağına etdiyi hücumlarda 264-dən çox adam isə yaralanıb.
Qətllərin 87-nin Qəzza şəhərində baş verdiyini bildirən xilasetmə agentliyi əlavə edib ki, müvafiq olaraq Xan Yunis, Qəzzanın mərkəzinə və Rəfaha hücumlar olub.
Ölənlərdən 28-nin uşaq, 31-nin isə qadın olduğu əlavə edilib.