Eyni halda bu uğur Livanın hüdudlarını aşaraq dünyanın müxtəlif nöqtələrində təşkilat və hərəkatların yaranmasına ilham oldu ki, bunun başlıca səbəbi təşkilatın müqavimət ruhu, mübarizə qətiyyəti və eyni halda xalqdan dəstək alması idi. Çox keçmədi ki, pillə-pillə addımlayan təşkilatın ölkə üçün əhəmiyyətini Livan dövləti də qəbul edərək Hizbullahı yeganə silahlı təşkilat olaraq ölkədə silah saxlama hüququnu tanıdı, eyni halda hakimiyyətdə qurulan idarəçilik sisteminə Hizbullah rəsmilərini də daxil etməyi Livan üçün əhəmiyyətli saydı.
Nəticədə din və dünyəvilik güzgüsündə ideal model olan Hizbullah Livandan Suriyaya, oradan Yəmən, İraq, Bəhreyn və sair ölkələrə ayaq açaraq burada bənzər təşkilat sistemlərini qura bildi. Hizbullahın zamanla qələbələrə, xüsusi olaraq İsrailə müqavməti onu arzulardan, xəyallardan reallığa çevirən bir zirvəyə qaldıra bildi.
İsrailin 2024-cü ildə onunla ən amansız müharibəyə başlaması, bunun üçün artıq Yaxın və Orta Şərqin itirilmə təhlükəsini ortaya qoyan Amerikadan dəstək alması illərdir ərazisi əminamanlıq olan İsrail üçün rahat başa gəlməyəcəyi aydın idi. O, bunu yaxşı anlasa da, bu şəraitdə müsbət enerji yaradan Hizbullahın susdurulması baş verməyəcəyi halda sabah neçə-neçə Hizbullahla vuruşmaq məcburiyyəti araya gələcəkdi deyə, o, bu müharibəyə başlamalı idi.
Hizbullahın üzərində qələbəyə 3 nöqtədən ümid edən ABŞ-İsrail müttəfiqliyi bunun ilk mərhələsini daxilə nüfuz olaraq icra etməkdə gördü. Hizbullahın daxilinə varan cəsus təsirləri birinci mərhələdə oradakı boşluqları üzə çıxarmaq və şübhə toxumu səpməyə hesablanmışdı. Düşmənin bu hədəfi o qədər mükəmməl hesablarla icra edilirdi ki, ilkin mərhələ üçün bunu anlamaq yetərincə çətinlik yaradırdı. Lakin ifşa baş verən zaman hərəkat daxilinə sızılan cəsus şəbəkəsi hərəkatda bir çox dəyərli şəxslərin itkisinə də yol aça bildi.
Təbii ki, əhəmiyyətli şəxslərin öldürülməsi əhval-ruhiyyəyə zərbəsi qaçılmaz olacaqdı. Lakin nə qədər ki, təşkilatın ana qüvvəsi, lideri ortadan qaldırılmayıbsa, mümkün nəticələrə düşmən ümid edə bilməzdi. Bu nöqtədə sistemli araşdırmalar və sızan məlumatlar Seyid Həsən Nəsrullahı hədəfə aldı. Plan yerin tərkinə varan ağır toajli raketlərin ABŞ tərəfindən verilməsi hərəkata ikinci təsiri, lider itkisini yaşatdı. Bu, hər gün qeyri bərabər qüvvələrin döyüşündə öz liderinin odlu çıxışından ilham alaraq şəhadəti cani-dildən qəbul edən təşkilat üzvüləri üçün şok təsiri yaratdı.
Hizbullah bu itkini müəyyən qədər qarşılamağa, hərəkata müsbət ruh verməyə etdiyi növbəti cəhd, Seyid Səfiyuddin Haşimin seçimi də Amerika və İsrail tərəfindən ilk addımında önləndirildi. Simasında ciddi, xarizmatik və seyid cəsarəti duyulan şəxsin yeni liderlik addımları hərəkata nəfəs verməsi İsrailin bu günə qədər addımlarını sıfıra endirmiş olardı. Buna görə səfərbərliyə alınan tərəf Səfiyuddinin hələ rəsmən təsdiq olunmamış rəhbərliyini eyni zərbə ilə dayandırdı.
Bundan sonra Hizbullahın amansız həmlələri, İsraili hədəfə alması əvvəlcədən hesablanmış və göz önünə alınmış addımlar idi. Lakin bu başqa seçim olmayan bir razılaşma sayılırdı ki, əks halda Hizbullahın təsirləri yeni, çoxsaylı hizbullahlara stimul verməklə daha dəhşətli hücumları gələcək üçün qaçılmaz edəcəkdi. Buna görə də İsrail bu nöqtələrdə zərbələrə dözməklə bərabər bu planın növbəti hissələrini həyata keçirmək üçün səfərbər olmalı idi. Gecikmək Hizbullahın yenidən güclənmək şansını əldə etməsinə yol aça bilərdi ki, bu da ABŞ və İsrail üçün elə ilk gündən Hizbullahı daxildən boğmaq planına qarşı ola bilərdi.
Atəşkəsin danışıq masasınındakı tərəfi elə İsrailin özünün də daxildə yaşadığı bombardmanın durdurulması kimi görünsə də, əslində, bu bütünlükdə Hizbullaha qarşı növbəti təxbibatın tam özü idi. Qısa zamanda danışıqların gerçəkləşməsi zahirən Hizbullahın nəfəs alması kimi analiz olunaraq razılıq əlaməti sayılsa da, düşmənin planında fərqli siyasət dayanırdı.
Suriya müharibəsində ilk mərhələ: “Hizbullah” 2-ci hissə