Dünya çempionu Ülvi Məmmədov Avropa Karate Çempionatında medal qazandı

Azərbaycan karateçisi Ülvi Məmmədov 15-18 may tarixlərində Rumıniyanın Tarqu Mureş şəhərində keçirilmiş 15-ci Avropa Karate Çempionatında gümüş medala layiq görülüb. 

Ülvi yarışdan bir müddət öncə ciddi cərrahi əməliyyat keçirib və böyük fədakarlıqla bərpa dövrünü başa vuraraq tatamiyə qayıdıb.

Şəxsi məşqçisi Elnur Alıyev və təcrübəli mütəxəssis Murad Hacızadənin rəhbərliyi ilə çempionata qatılan Ülvi Məmmədov bir-birinin ardınca güclü rəqiblərini məğlub edib. Gənc idmançımız yalnız finalda cüzi fərqlə uduzaraq Avropa ikincisi adını qazanıb.

Qeyd edək ki, Ü.Məmmədov 2022-ci ildə Dünya çempionu, 2023-cü ildə isə Avropa çempionu titulunu qazanıb.