"Abzas Media işi" üzrə təqsirləndirilənlərə dövlət ittihamçısı cəza istəyib

"Abzas Media işi" üzrə keçirilən növbəti məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəzalar istəyib.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edib.
Prokuror "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyunun 10-da davam edəcək.
 
Bütün reaksi