Cahad Babakişizadə: “Həbsxanalarda yüzlərlə dindar həyatı məhv edilir”

"Bu gün günahsız insanların başına gəlmiş “Qanlı Nardaran” hadisələrindən 9 il ötür. Məndə 26 noyabr 2015-ci ildə, Nardaran hadisələrində şərlənərək həps edilmişlərdənəm. Artiq  9 ildir ki, həbsxana həyatı yasayıram. O günlərdən illər keçsə də, lakin günahsız insanların həbs siyasəti dəyişmədən davam edir. 

 Təzyiq və təqiblər nəticəsində həbsxanalarda yüzlərlə dindar həyatı məhv edilir. 
Nardaran hadisələri zamanı qanlı olayı törədən rejim inanclı, dindar insanların qanını axıtdıqıları hadisənin xəbərlərinin yayılmasının qarşısını almaq üçün bizlərə təzyiq etdilər. Rejim eyni halda kəsilən cəzanı bizə qəbul etdirməyə müxtəlif vasitələrlə çalışaraq bizi cəmiyyətdə cinayətkar kimi tanıtdırmağa ciddi cəhd göstərdiyi kimi, bu günlər digər dindarlarımızı da narkotiklə şərləyərək həyatlarına qənim kəsildi. Söz yox ki, biz bir millət olaraq və ayrı-ayrılıqda bir fərd kimi daima imtahanlarla üz-üzəyik. 
Şübhəsiz bu İlahi imtahanların müqabilində Allahın rizasını qazanmaq, razılıq halında olmaq lazımdır. Eyni halda Allahın imtahanlarında lütf və mərhəmət gizlin və Allahın sınağı bəndələrinin xeyri deməkdir. Ancaq hazırkı qarşılaşdıgımız durum istismarçı dairələr tərəfindən bizi hədəfə almış, təhqir və təhdiddən savayı heçnə deyil. Belə olan halda insanlara və insanlığa olunan bir təzyiq bizdə qorxu yaratmamalıdır. 

Biz hamılıqla azad gələcəyə çatmaq üçün körpü olan əziyyətli günlərin içindəyik və bu növ fitnələr zamanı bir olmaq diləyi ilə əziyyətli və çətin günlərdə hər kəsə uğurlar arzu edirəm."

 

Cahad Babakişizadə