Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 21-də elan etdiyi qərarında Azadlıq qəzeti və jurnalist Ramin Cəbrayılzadəyə (Deko) ifadə azadlığının pozuntusunu tanıyıb.
“Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı” işi 2016-cı ildə çapını dayandırmalı olan qəzetin dərc etdiyi məqalələrə görə cərimələnməsi ilə bağlı olub. Qəzetlə yanaşı məqalələrin müəllifi Ramin Deko da məhkəmə tərəfindən cərimələnib.
Belə ki, 2012-ci ildə Azadlıq qəzeti Bakı şəhərindəki Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova barəsində Dekonun qələmə aldığı 2 məqalə dərc etmişdi. Məqalələrdə ticarət mərkəzi rəhbərinin icarədarlardan əlavə pul tələb etməsindən bəhs edilirdi.
Həmin məqalələrdə ifadə olunan məlumatların yalan, böhtan və onun reputasiyasına xələl gətirdiyini iddia edən ticarət mərkəzi rəhbəri jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib, təzminat tələb etmişdi. Mətbuat orqanı isə məsələnin ictimai maraq doğuran məsələ olduğunu vurğulayaraq sahibkarın reputasiyasına xələl gətirməklə bağlı ittihamları rədd edirdi.
Yasamal Rayon Məhkəməsi 22 oktyabr 2012-ci ildə Məmmədovanın şikayətini təmin edərək Azadlıq qəzetini 30 min manat, jurnalist Ramin Dekonu 2 min manat cərimələmişdi. Yuxarı məhkəmələr isə qərarı olduğu kimi qüvvədə saxlamışdı.
AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsaslanan ərizəçilər daxili məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozduğunu iddia edirdilər.
Avropa Məhkəməsi qərarında mübahisələndirilən məqalələrin mövzusunun ictimai maraq doğuran məsələlərə aid olduğunu vurğulayıb və qeyd edib ki, yerli məhkəmələr məqalələrdə yer alan iddiaların jurnalistdən, yoxsa onun müsahiblərindən qaynaqlandığını nəzərə almayıb, ticarət mərkəzi rəhbərinin məqalələrin onun reputasiyasına xələl gətirdiyinə dair iddialarını olduğu kimi qəbul etməklə kifayətləniblər.
Məhkəmə qeyd edir ki, məqalədə yer alan iddialar jurnalistdən deyil, onun müsahiblərindən qaynaqlanıb. Bundan əlavə, jurnalist ticarət mərkəzinin rəhbəri əlaqə saxlamağa, iddiaların doğruluğunu yoxlamağa və onun mövqeyini öyrənməyə çalışsa da, o, bundan imtina edib.
AİHM qənaətə gəlib ki, yerli məhkəmələr ərizəçilərin hüquqlarına müdaxiləni əsaslandırmaq üçün müvafiq və kifayət qədər əsaslar təqdim etməyiblər. Beləliklə, müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmadığı və ifadə azadlığının pozulduğu müəyyən edilib.
Qərara əsasən, Azərbaycan hökuməti Ramin Dekoya mənəvi zərər əvəzi olaraq 2 min avro, hüquqi xərclərə görə ərizəçiləri təmsil edən vəkil Rəşid Hacılıya 1500 avro ödəməlidir.
AİHM Azadlıq qəzeti və jurnalistinin ifadə azadlığının pozulduğunu aşkarlayan qərar çıxarıb