İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsinə ilahiyyatçı 27 sentyabr “Anım Günü”ndə II Qarabağ şəhidlərinin ruhuna dualarla başlayıb. Ardınca o, tövbə edən şəxsin günahdan qaydışa başladığını, tövbə ilə geri-özünə dönüş etdiyinə diqqət çəkib. Bunun üçün o, insanın özünü tanımağın, özünə olduqca çox diqqət ayırmağın əhəmiyyətindən danışıb.
“İnsan özünü yaxından tanıyanda anlayır ki, onun varlığı olduqca alidir. O, yaradılışın şah əsəridir. Kəşkəşanlar onun varlığı üçün yaradılıb. Varlıq aləminin tanınması onun qiymətini ortaya qoyur ki, o ucuz satış məhsuluna çevrilməsin.
İnsan özünü tanıdıqca anlayır ki, o, dünyaya gəldiyi anda artıq sərmayə ilə göndərilmiş yeganə canlıdır. Özünü tanıyan insan bu sərmayəni böyük qazanclara vasitə edib həqiqətin özünü qazana biləcəyi halda bu sərmayədən, özündən xəbərsiz insan həyatını, sərmayəsini lazımsız şeylərə sərf edərək iflas etmiş halda ömrünə son qoya bilir.”
İlahiyyatçı yalnız özünü tanıyan insan yaranma hədəfini müəyyən edə bilərək böyümək, mənəvi təkamülə çatmaq üçün dünyaya dünyaya gəldiyini söyləyəyib.
“Bu insan “özünün” böyüməsidir. Böyüyən ruh heç bir şey müqabilində dəyişmir, o nə parıltılı nemətlər müqabilində başını itirmir, nə də ağır imtahanlar müqabilində ümidsizliyə düçar olmur. Daxilən böyüyən insanda hər bir şeyi olduğu kimi görmək qüdrəti formalaşan varlıqdır.”
Geniş çıxşının ardını gələn cümə günü davam etdirəcəyini bildirən Hacı Ramil Bədəlov söhbətinin sonunuda Azərbaycan xalqına bol-bol dualar edib.
Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışını davam etdirib