İmam Hüseyn (ə) ziyarətgahından Livan xalqına dəstək

Böyük təqlid müctəhidi Ayətullah Əl Üzma Seyid Sistaninin Livan xalqına dəstək çağırışından sonra dünyanın bir çox ölkələrində bu çağırışa dəstək nümayiş olunub. Bunların içində İraq xalqının səfərbər olması xüsusi diqqət çəkib. Ölkənin müxtəlif nöqtələrindən yardımlar üçün bütün xalq səfərbər olunaraq Livan və Fələstinə İsrail hücumunda qətliama məruz qalan bu iki xalqın acısını bölüşməyi iraqlılar missiya olaraq icra edirlər.

İmam Hüseyn (ə) ziyarətgahında isə artıq Livan xalqına ərzaq paketlərinin hazırlanması və ən qısa zaman ərzində göndərilməsi üçün işlər başladılıb.