Sentyabrın 26-da Ali Məhkəmə növbəti Müsəlman Birliyi Hərəkatının (MBH) üzvünün şikayət ərizəsinə baxıb. Məhkəmə Elvin Quliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsində barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Vidadi Cəfərov qaldırılan vəsadətləri araşdıraraq onları qismən təmin edib və bununla da Ali orqan Elvin Quliyevin cəzasını 1 il azaldaraq onu 4 ildən 3 ilə endirib.
Xatırladaq ki, Quliyev Elvin Əhliman oğlu 2023-cü ilin 10 mart tarixində saxlanılmış və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü. 2024-cü il fevralın 1-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ali Məhkəmə Elvin Quliyevin cəzasını azaldıb