Seyid Həsən Xomeynidən Seyid Həsən Nəsrullaha: Lazım olan hər bir cəbhədə sizinlə olmağa hazıram

Seyid Həsən Xomeyni İsrailin Livana son hücumları ilə bağlı Hizbullahın baş katibinə yazdığı məktubda: “İslamın bütövlüyünün müdafiəsinə, qeyri-qanuni sionist rejimə qarşı cihad üçün hər cür xidmətlərə, ehtiyacınız olan hər cəbhədə sizinlə olmağa hazıram” bildirib.

Həsən Xomeyninin Seyid Həsən Nəsrullaha yazdığı məktubun tam mətni belədir:

 

“Mərhəmətli və Rəhmli Allahın adı ilə

“Lakin biz o ölkədə zəifləmiş insanlara lütf etmək, onları qalib etmək, (öz ölkələrinin) varisləri etmək istəyirdik”.

Əziz mücahidim və dəyərli qardaşım, Hüccətul İslam vəl Müslimin Seyid Həsən Nəsrullah, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Sizin və cəsur Livanlı qardaşlarımızın zalım sionist rejimə qarşı mübarizəsi hər bir müsəlmanın fəxri və hər bir azad insanın şərəfidir.

Necə ki, İmam Xomeyni “Şəhidlik Allah adamlarının sənətidir” buyurmuşdur və bu gün siz cinayət və qətlin bariz nümunələri olanlara qarşı müqavimət göstərmək və dayanmaq sənəti ilə bəzədilmisiniz.

İstibdad dilindən başqa heç nə başa düşməyən və insanlıqdan zərrə qədər də olsa payı olmayan insanlar bu gün qərb hökumətlərinin hərtərəfli dəstəyi və şərq, ərəb hökumətlərinin biabırçı susqunluğu və seyrçiliyi rüsvayçı siyasətinin kölgəsi altında hər cür cinayət və qətllər törədirlər.

Livandakı Hizbullah oğullarının və Qəzzada Fələstin mücahidlərinin iradə və müqaviməti bu gün həqiqət ölçüsü və əvəzsiz şərəf və azadlıq simvoludur. Doğrudan da, görəsən, bu gün haqq-ədaləti müdafiə etməli halda susan dil, qələm, silah sabah qiyamətdə çavab verməyəcəkmi?!

Bildirmək istərdim ki, mən də İmam Xomeyninin bütün digər mənəvi övladları kimi, mücahid qardaşım, sizin xidmətinizdə olmaqdan şərəf duyacağam və İslamın bütövlüyünün müdafiəsi və qeyri-qanuni sionist rejimə qarşı cihad etmək, ehtiyacınız olan hər bir cəbhədə sizinlə olmaq üçün hər cür xidməti görməyə hazıram.

 

Allahın izni ilə biz sizinlə böyük qələbələr qazanacağıq.

Qardaşınız Seyid Həsən Xomeyni

 

Qum/20 Rəbiul-əvvəl 1446 (h.q.)”