Yəmən sahillərində bir ticarət gəmisi raket atəşinə məruz qalıb

Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisi raketlə vurulub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) “X” hesabındakı paylaşımında deyilir.

"Təhlükəsizlik işçisi gəminin raketlə vurulduğunu bildirir. Yanğın, su sızması və neft sızması olmayıb. Gəmi təyinat limanına doğru hərəkətini davam etdirir", - deyə paylaşımda deyilir.

Hadisənin Ədənin 125 dəniz mili şərqində baş verdiyi bildirilir.