Aİ Gürcüstana 30 milyon avroluq yardımı dayandırdı

Brüssel 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 30 milyon avronun ayrılmasını dayandırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqındakı mənbə təsdiqləyib.

Qərar xarici agentlər haqqında qanuna görə verilib: "Biz artıq Avropa Sülh Fondu çərçivəsində 2024-cü il üçün Gürcüstan silahlı qüvvələrinə 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq".