İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev məhkəmədə bildirib ki, hakimlər heyətinə daxil olan Azər Tağıyevin səhhətində problem yaranıb. Bu səbəbdən də proses təxirə salınıb.
Vəkil Aqil Layıc bildirib ki, növbəti məhkəmə prosesi iyulun 26-da baş tutacaq:
"Əlbəttə, bu uzun zamandır. Yəni, bu o, deməkdir ki, 1 ay da yayın bu istisində günahsız insan təcridxanada qalacaq".
Siyasətçi məhkəmədə "Diktator Əliyevi dəstəkləməyin!", həmçinin "Putinin Navalnını öldürdüyü kimi Əliyevin də planı məni həbsxanada öldürməkdir" şüarları qaldırıb.
Tofiq Yaqublunun qızı Nigar Həzinin sözlərinə görə, atasına artıq dördüncü dəfədir günahsız olaraq həbs olunur. Qızı atasının həbsini prezident İlham Əliyevin siyasi sifarişi kimi qiymətləndirir.
"6 aydan çoxdur ki, nə gecəmiz, nə də gündüzümüz var. Bütün siyasi məhbus ailələri bizim yaşadığımız taleyi yaşayır, hər kəs çətinliklə, zorla ayaqda durur. İlham Əliyev Tofiq Yaqublunu azad etməyə məcbur olacaq. Əks halda ya Tofiq Yaqublunun həbsxanadan ölüsü çıxacaq, ya o, İlham Əliyevin sifarişi ilə öldürüləcək, ya da Tofiq Yaqublu məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası edəcək. Qərar İlham Əliyevindir, ya Tofiq Yaqublunun azadlığına, ya da onun ölümünə fərman verəcək", deyə o qeyd edib.
Bundan öncəki məhkəmədə siyasətçi hakim Azər Tağıyevə etiraz edib. Yaqublu etirazını Tağıyevin siyasi məhbus kimi tanınan şəxlərə qarşı məhkəmə proseslərində hakim kimi iştirak etməsi və ABŞ Konqresinə Azərbaycanın bir sıra vəzifəli şəxlərinə qarşı sanksiya tətbiq edilməsi barədə təqdim edilən qətnamə layihəsində onun adının olması ilə izah edib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb.
Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyirmidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
AmerikanınSəsi
Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"