Nardaran hadisəsindən sonra ümumi kütləyə qapalı qalan kənd, səkkiz il öncə baş verən hadisədə yayılan yalan dolu xəbərlər içindən doğru məlumatı göstərmək üçün illərə ehtiyac duydu. O gün bir çox reallıqlar hakimiyyətin güc strukturundan xəbər portallarına qədər tam qüvvəsi ilə çalışaraq məlumat ixracını təsiri altında saxlamaqla bu kənddə baş verən haadisələri saxtalaşdıraraq yanlış təəssürat formalaşdıra bildi. Ailələrin yaxın üzvlərinin yaşadıqları faciə, ciddi hədələrlə yanaşı böyük əksəriyyətin ittihamları onları öz acıları ilə baş başa qalmağa qoymadan töhmət dolu yalanları yaşamalarına məcbur ikən tanınılması ehtiyac duyulan zaman bu hadisə üzərindən yalan pərdəsini qaldırmaq üçün illəri geridə qoymalı idi.
Bu hadisədən səkkiz il ötdü. Zaman aydın çalarlala göstərdi ki, o günün 6 nəfərin ölümü 10 nəfərin müxtəlif növ güllə yarası aldığı 26 noyabr Nardaran hadisəsi əslində ölkədə susdurulması fikir, düşüncə və azadlıqların əzilməsinə, eyni halda hakimiyyətdə cinayəti bəlli qüvvələrin bu siyasi manevri edərək öz kürsülərini qorumaqla vəzifələrində qalmaq üçün oynanılan oyun idi. Buna günümüzün rakursundan baxanda aydın görüləcək çox sübütlar göstərmək olar ki, təəəssüf, o zaman üçün bunu söyləmək çox çətin idi.
İran cəsus yuvası deyilən kənd, o gün səs küylü təmizləməyə məruz qalan görüntülər arxasında gizlənən həqiqətlər içində sadə və elementar sübütlar bu işdə siyasi oyunun gizlədilməsi üçün ən dəqiq oynalılan ssenari idi. Elə bir oyun ki, səkkiz il ötməsinə baxmayaraq hələ də hərbi şəhərcik olaraq polis kartonlarının nəzarəti altındadır, kəndə giriş çıxış şəxsiyyət vəsiqələri ilə və maşınlara baxışla həyata keçirilir. Nardaranda 26 noyabrla bağlı həbs edilən bütün kənd sakinləri-hansı ki, onlar dini radikalizmdə itiham olunurdular- azadlıqdadırlar. Onların böyük əksəriyyəti 1-3 il arası həbs cəzası aldılar ki, bunlar da öz “cəzalarını” artıq çoxdan bitirib. Hadisə ilə bağlı yalnız bir nəfər Azərbaycan İslam Partiyası Məclisinin üzvü Natiq Kərimov 6 il şərti il almışdı ki, bəlli, o həbs dövrü də çoxdan bitib. Bəs kəndin cəzalanması, bu gün də burada yaşayanlara göz dağı veriləcək postların qalma səbəbi nədir?
Nardaran handisəsindən sonra Gəncə hadisəsi, ardınca Gədəbəydə etiraz (hansı ki, polis postu Söyüdlü kəndində qalmaqdadır) minlərlə həbs olunan inanclı dalğası, Tərtər faciəsi və bir çox hadisələr yaşandı. Yaşanan hər bir hadisə özündən öncə baş verən hadisəyə sankı aydınlıq gətirərək göstəriridi ki, bütün saxta təqdimatlara baxmayaraq hadisənin həqiqəti tam əks fikirlərdə gizlədilməkdədir.
Bu gün Nardaran faciəsinin törədilməsindən 8 il ötdü.
Səkkiz ilik bir tarixin ilk sətri