Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxıb.
Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, məhkəmə şikayəti əsassız hesab edib.
Qubadoğlu həbsdə qalacaq.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.3.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürüb. Siyasətçi barəsində 3 ay 26 gün müddətinə həbs qətiimkan tədbiri seçilib.
Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ev dustaqlığına buraxmadı