Marneulidə möhtəşəm "Tasua" yürüşü keçirilib

Məhərrəm ayının 9-cü günü - 27 iyul Marneulidə izdihamlı "Tasua" yürüşü keçirilib. Bir çox insanı maraqlandırır ki, bu yürüşə də nə qədər insan iştirak edib?

Aktual.ge-yə istinadən xəbər portalı beynəlxalq mediaların aksiyalardakı iştirakçıları sayma metodu ilə hesablamalarına görə, bu il Marneulidəki "Tasua" yürüşündə minimum 7 min 749 maksimum isə 9 min 932 nəfər iştirak edib.

Qeyd edək ki, bu kimi yürüşlər, mitinq və ya digər izdihamlı mərasimlərdə iştirakçıların sayını dəqiq hesablamağa çalışmaq əbəsdir. Yalnız təxmini miqyasları müəyyən etmək olar ki, bunun üçün də Aktual.ge xəbər portalı bir çox beynəlxalq media qurumlarının tətbiq etdiyi üsuldan istifadə edib.

Metod, müəyyən bir hərəkətin iştirakçılarının yerləşdiyi və ya hərəkət etdiyi ərazinin sahəsinin dəqiq hesablanmasını əhatə edir. Əldə edilən sahə üçə, hadisənin xüsusi sıxlığı halında isə dördə vurula bilər. 

27 iyul baş tutan "Tasua" yürüşündə karvanın başı Marneuli "Buta Şirniyyat Evi"nin önündə olarkən, hərəkatın ayağı isə Əhlibeyt Cəmiyyətinin qarşısında olub. (Karvanın ayağı sıxlıq səbəbi ilə Əhlibeyt Cəmiyyətindən ən azı 30 metrə geridə toplanıb.) Əhlibeyt Cəmiyyətindən "Buta Şirniyyat Evin"ə qədər insan hərəkət edə biləcəyi yol isə 2483 kv təşkil edir. Müvafiq rəqəmi 3 vurduqda 7 min 749 nəfər, dördə vurduqda isə 9 min 932 nəfər təşkil edir. Ayrıca müşahidələrimizə əsasən, bu ilki "Tasua" yürüşündə qadınların iştirakı ötən illərə nisbətə daha çox idi və yürüşün 3/1,7 təşkil edirdi.

1

Bundan əlavə "Google Xəritə" göstərir ki, Rustaveli küçəsinin eni 15,5 metrə ilə 19 metrə arası dəyişir. Tasua yürüşündə xüsusi sıxlıq magistral yolun bir hissəsini, bəzən isə tam hissəsini əhatə edib.

Qeyd edək ki, müvafiq rəqəmlər "Tasua" yürüşü iştirakçılarının dəqiq sayını əks etdirmir. Həm bu, həm də digər üsullardan istifadə etməklə onu müəyyən etmək praktiki olaraq mümkün deyil.