İranın Baş Qərargah rəisi Azərbaycanla sərhədin sıfır nöqtəsində

Təftiş çərçivəsində Şərqi Azərbaycan əyalətinə gedən İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və onu müşayiət edən nümayəndə heyəti bu gün səhər saatlarında sərhəd xəttindəki qoşunları ziyarət edib.

Azərbaycanla sərhədin sıfır nöqtəsinə də baş çəkən general-mayor Məhəmməd Baqiri Araz çayı yaxınlığında sərhədçilər ilə söhbət edib.

General-mayor Baqiri Şərqi Azərbaycana səfəri zamanı İran Ordusu Baş Komandanı general-mayor Seyyid Əbdürrəhim Musəvi, Hərbi Hava Qüvvələri komandanı pilot briqada generalı Həmid Vahidi, Quru Qoşunları komandanı briqada generalı Kiyamərs Heydəri, Baş Qərargahın müavini general Əziz Nəsirzadə və İran Ordusunun Koordinasiya üzrə müavini, kontr-admiralın köməkçisi Həbibullah Səyyari müşayiət edib.