Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 17-də saat 13:00-da Qarabağda qaz təchizatı yenidən dayandırılıb. Bu barədə çərşənbə axşamı Ermənistan KİV bildirib. Erməni tərəfi bunda Azərbaycanı günahlandırıb.
Bu, son həftələrdə ikinci belə haldır. Dekabrın 13-də qaz verilməsi dayandırılıb, dekabrın 15-də isə bərpa edilib. Qarabağa qaz Ermənistan ərazisindən daxil olur və Bakı baş verənlərdə əli olduğunu inkar edir.
2022-ci ilin martında da boru kəmərində baş vermiş qəza səbəbindən qaz təchizatı dayandırılmışdı. Boru kəməri 10 gündən sonra bərpa olunmuşdu.
Separatçılar Qarabağda qaz təchizatının dayandırıldığını bildiriblər